İsrail yeni girov müqaviləsi üzrə razılığı təkzib edir
İsrailin yüksək rütbəli rəsmiləri İsrail və Qətər nümayəndə heyətlərinin Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovları azad etmək üçün Avropa paytaxtında yeni sazişi müzakirə etdikləri barədə xəbərləri təkzib ediblər.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Kan" dövlət radiosu məlumat yayıb.
İsrail portalı "Walla!" mənbəyə istinadən iddia edir ki, Qətər və Misir vasitəçiləri həftə sonu İsraillə əlaqə saxlayıb və İsrail tərəfinin Qəzza zolağında hələ də radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı mümkün yeni saziş üzrə danışıqları bərpa etməyə hazır olub-olmadığını soruşublar. Məlumata görə, ötən həftə Qətərin baş naziri və Misirin xarici işlər naziri Vaşinqtona səfər edib və orada ABŞ dövlət katibi Antoni Blinken onlardan danışıqların bərpası üzərində işləməyi xahiş edib.
Noyabrın 22-də HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında 24 noyabrda qüvvəyə minən humanitar atəşkəslə bağlı razılığa gəldiyini açıqlamışdı. Müqavilələr İsrail həbsxanalarından yeniyetmə və qadınların azad edilməsi müqabilində anklavda saxlanılan uşaq, yeniyetmə (19 yaşına çatmamış) və qadınların azad edilməsini nəzərdə tuturdu. Noyabrın 27-də tərəflər eyni şərtlərlə atəşkəsi daha iki gün uzadıblar, noyabrın 30-da İsrail ordusu anklavda atəşkəsin daha bir gün uzadıldığını bəyan edib. Dekabrın 1-də səhər saatlarında ordunun mətbuat xidməti atəşkəsin HƏMAS tərəfindən pozulduğunu, İsrail ərazisini atəşə tutduğunu və buna cavab olaraq anklavda hərbi əməliyyatların bərpa edildiyini, sonra isə danışıqların dayandırıldığını bildirib.
NƏRGİZ