Rusiya və İran yeni saziş üzərində işləyir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ikitərəfli saziş üzərində işlərin sürətlə getdiyini açıqlayıblar.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Telefon danışığı zamanı Lavrov iranlı həmkarı ilə hərtərəfli yeni dövlətlərarası sazişin hazırlanmasını müzakirə edib. XİN-dən verilən məlumata görə, saziş yüksək hazırlıq səviyyəsindədir.
Tərəflər həmçinin dekabrın 7-də Moskvada Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi arasında keçirilmiş geniş danışıqların nəticələrini və ikitərəfli əməkdaşlığın digər aktual məsələlərini də müzakirə ediblər.