Gürcüstandan Rusiyaya Larsdan keçən yol açıldı
Gürcüstandan Rusiyaya Verxniy Lars keçid məntəqəsindən keçən yol yük maşınları üçün açılıb.
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.
Bildirək ki, Yuxarı Larsdan keçən yol əlverişsiz hava şəraiti ilə əlaqədar dekabrın 6-da bütün nəqliyyat vasitələri üçün bağlanmışdı.
“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillər də daxil olmaqla avtomobillərin hərəkəti bərpa edilib”, - Akopyan qeyd edib.
NƏRGİZ