İsrail əsgərləri İordan çayının qərb sahilində 50 nəfəri saxladı
İsrail ordusunun bölmələri İordan çayının qərb sahilindəki şəhərlərə reydlər zamanı 50 nəfəri saxlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin "WAFA" xəbər agentliyi məlumat yayıb.
Yəhudi dövlətinin hərbi qulluqçularının əməliyyatları Ramallah, Beytlehem, Hebron, Cenin, Nablus və Tubasda keçirilib. Saxlanılanlar arasında iki qadın da var.
Həmçinin, "WAFA"nın məlumatına görə, İsrail ordusu Qüdsdən bir neçə kilometr şimal-şərqdə yerləşən Anata kəndində yerləşən ailələrin əkin sahələrini məhv etmək üçün buldozerlərdən istifadə edib.
NƏRGİZ