Kiyevdə hava hücumu barədə xəbərdarlıq sistemləri SÖNDÜRÜLDÜ
Kiyev vilayətinin 76 yaşayış məntəqəsində “Kyivstar” mobil operatorunun işində genişmiqyaslı nasazlıq səbəbindən aviareyd xəbərdarlığı fəaliyyətini dayandırıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, regional hərbi administrasiyanın rəhbəri Ruslan Kravçenko bu barədə özünün Facebook səhifəsində məlumat verib.
“Borispol şəhərində və digər 75 yaşayış məntəqəsində xəbərdarlıq sisteminin məqsədyönlü şəkildə dayandırılması var. Sistemin işində problemlər olan yaşayış məntəqələrində patrul polisi və Dövlət Fövqəladə Hallar Xidməti ekipajları işləyəcək”, - Kravçenko bildirib.
Onun sözlərinə görə, səsgücləndirici vasitəsilə sakinlərə hava təhlükəsi barədə məlumat veriləcək. O, həmçinin qeyd edib ki, ona yaxın yaşayış məntəqəsində bu sistem tamamilə söndürülüb.
Yusif EYVAZLI