Afrikada ac insanların sayı rekord həddə ÇATACAQ

 21:29 12.12.2023     240

2024-cü ildə Qərbi və Mərkəzi Afrikada ac insanların sayı rekord həddə - 49,5 milyona çatacaq. 

Redaktor.az xəbər verir ki, bu barədə Reuters agentliyi BMT-nin məlumatlarına istinadən məlumat yayıb.

Ac insanların sayının 2023-cü ilə nisbətən üç faiz çox olacağı proqnozlaşdırılır. Şiddətli aclıqla üzləşən insanların sayı bu il 16 faiz artaraq 6,2 milyona yüksələ bilər. Vəziyyətin pisləşməsi iqlim dəyişikliyi, yüksək ərzaq qiymətləri və regionda münaqişələrin birləşməsi ilə bağlı olub.

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) qeyd edib ki, problemin həlli üçün tələb olunan maliyyə onun artımı ilə ayaqlaşmır. Hazırda Qərbi və Mərkəzi Afrikada ev təsərrüfatlarının üçdə ikisindən çoxu sağlam qida qəbul edə bilmir.

Yusif EYVAZLI