Hər gün 100-ə yaxın yardım maşını Qəzzaya daxil olur - BMT
Fələstin-İsrail münaqişəsi zonasında yenidən yanğının baş verməsindən sonra hər gün Qəzza zolağına humanitar yardım daşıyan 100-ə yaxın yük maşını daxil olub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Humanitar Məsələlərin Koordinasiyası Ofisi ötən axşam Misirdən Qəzzaya 100 yük maşını ilə humanitar yardımın gəldiyini bildirir. Dekabrın 1-də Qəzza zolağında zorakılıqların yenidən başlanmasından bəri eyni həcm əksər günlərdə qeydə alınıb", - deyə o bildirib.
Yusif EYVAZLI