Daha bir ölkədə zəlzələ baş verdi

Rusiyanın Kamçatka sahillərində 5,1 bal gücündə sualtı zəlzələ baş verib.
Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinin saytında dərc edilən məlumatda deyilir.
Məlum olub ki, təbiət hadisəsinin episentri Oxot dənizinin dibinin 443 kilometr dərinliyində yerləşib. Zəlzələnin mənbəyinə ən yaxın yaşayış məntəqəsi olan Ust-Bolşeretsk 214 kilometr aralıda yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Həmçinin sunami təhlükəsi elan olunmayıb.
Həmidə İBRAHİMLİ