Zelenskinin ABŞ-a səfəri uğursuz olub - "Bloomberg"

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresindən Kiyev üçün əlavə 61 milyard dollar yardım istəyib, lakin ABŞ-ın gələn il də müttəfiqini dəstəkləməyə davam edəcəyinə dair dəqiq öhdəliyi olmadan Vaşinqtonu tərk edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Nəşrin məlumatına görə, bu dəfə Vaşinqtonda Zelenski Amerika isteblişmenti ilə görüşlərdə daha soyuq qəbulla üzləşib.
ABŞ prezidenti Co Baydenin ən yaxın müttəfiqlərindən biri olan demokrat senator Chris Coons deyib ki, Ukrayna prezidenti yardım və dəstək diləmək üçün geri qayıtmamalıdır.
Humay İSGƏNDƏRLİ