Zelenskinin ABŞ-dan istəyi

 10:09 13.12.2023     248

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşündə Kiyevə daha uzun uçuş məsafəsinə malik ATACMS taktiki raketlərinin tədarükü məsələsini qaldırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Nəşr Kiyevin tələb etdiyi raketin modifikasiyasının adını çəkmir.

Bildirək ki, Ukrayna silahlı qüvvələri daha əvvəl Rusiyaya qarşı kaset döyüş başlığı ilə təchiz edilmiş ABŞ istehsalı ATACMS raketlərindən ilk dəfə istifadə edib. Zelenski onların istifadəsini təsdiqləyib və Ağ Ev Vaşinqtonun bu cür raketləri 165 km uçuş məsafəsi ilə Kiyevə ötürdüyünü bildirib.

Həmidə İBRAHİMLİ