Rusiyada pensiya yaşı aşağı salına bilər
Rusiya Dövlət Dumasına erkən pensiya yaşının aşağı salınması ilə bağlı qanun layihəsi daxil olacaq.
Redaktor.az bu barədə “İzvestiya”ya istinadən xəbər verir.
"Qanun layihəsində erkən pensiya hüququ əldə etmək üçün sığorta təminatının minimum müddəti, yəni kişilər üçün 37, qadınlar üçün 32 il müəyyən edilməsi təklif edilir. Hazırda iş stajı kişilər üçün ən azı 42, qadınlar üçün isə 37 il olmalıdır", - nəşr yazır.
Yeni imkanlar vətəndaşlara rəsmi müqavilə əsasında işləməyə və rusların maaşlarının 50%-ni boz zonadan çıxarmağa kömək edəcək.
NƏRGİZ