Pilotsuz təyyarənin dağıntıları limana ziyan vurdu

 11:46 13.12.2023     255

Odessa vilayətində liman obyektinə ziyan dəyib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri Sergey Bratçuk "Telegram"da məlumat verib.

“Odessa vilayətində vurulan başqa bir pilotsuz təyyarənin dağıntıları liman infrastrukturunun binalarından birinə ziyan vurub. Heç kim xəsarət almayıb”, - deyə o yazıb.

Bratçuk həmçinin avtomobil təmiri sexinə ziyan dəydiyini, 11 avtomobilin zədələndiyini və üç avtomobilin məhv edildiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Kiyevdə güclü partlayışlar barədə məlumat yayılmışdı. Dekabrın 12-də Kiyevin nəzarətində olan Xersonda partlayışlar baş verib.

NƏRGİZ