İsrail ordusu "Kamal Advan" xəstəxanasının həkimlərini naməlum istiqamətə aparıb

 12:06 13.12.2023     278

İsrail hərbçiləri Qəzzanın şimalındakı "Kamal Advan" xəstəxanasında bütün kişi tibb işçilərini, xəstələri və köçkünləri saxlayıb və naməlum istiqamətə aparıblar.

Redaktor.az TASS-a istinadən xəər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Departamentin rəsmi Facebook səhifəsində dərc olunmuş bəyanatda deyilir: “İsrail işğalçı qüvvələri bütün kişi tibb işçilərini, yaralıları, xəstələri və köçkünləri saxlayıb naməlum istiqamətə aparıblar".

Səhiyyə Nazirliyinin məlumatına görə, bir neçə məhbus azad edildikdən sonra şəhərdəki İsrail hərbçiləri onları yenidən xəstəxana ərazisinə sıxışdırıblar və İsrail qüvvələri onları atəşə tutmaqda davam edir. “Onlar xəstəxananı mühasirəyə almaqda, onun içini atəşə tutmaqda, insanların orada hərəkətinə mane olmaqda, onları su, qida və elektrik enerjisindən məhrum etməkdə davam edirlər”, - deyə idarədən bildirilib. 

NƏRGİZ