"Tarixin yanlış tərəfindəsiniz!" - Ərəb Liqası
BMT Baş Assambleyasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnaməsinin əleyhinə səs verən ölkələr “tarixin yanlış tərəfindədir”.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyt deyib.
"Baş Assambleyanın Qəzzada dərhal atəşkəs üçün təqdim etdiyi qətnamə layihəsini dəstəkləyən 153 səsin əksəriyyəti Təhlükəsizlik Şurasının deyil, bu çağırışı dəstəkləyən rəsmi beynəlxalq ictimai rəyin həqiqi mövqeyini əks etdirir. Qərarın əleyhinə səs verənlər və ya səsvermədə bitərəf qalanlar (10+23) özlərini tarixin yanlış tərəfində tapdılar”, - Ərəb Liqasının baş katibinin "X" sosial şəbəkəsindəki dərc olunan bəyanatında deyilir.
BMT Baş Assambleyası çərşənbə axşamı Misir və Mavritaniyanın Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələbi ilə təqdim etdiyi qətnaməni qəbul etmək üçün səs verib. Sənədə 153 dövlət səs verib. İsrail və ABŞ da daxil olmaqla 10 ölkə buna qarşı çıxıb. Böyük Britaniya, Almaniya və Ukrayna da daxil olmaqla 23 dövlət səsvermədə bitərəf qalıb. Eyni zamanda, BMT Baş Assambleyası Fələstinin HƏMAS hərəkatının pislənməsini tələb edən Amerika düzəlişini rədd edib. Bundan əlavə, girovların HƏMAS və digər qruplar tərəfindən saxlandığını göstərən Avstriya düzəlişi də rədd edilib.
NƏRGİZ