Qərb Fələstin dövləti yaratmaq istəmir - Lavrov

 14:38 13.12.2023     195

Qərb Fələstin dövləti yaratmaq istəmir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “Hökumət Saatı”ndakı çıxışında bildirib.

Onun sözlərinə görə, Rusiya Yaxın Şərq nizamlanması üzrə İsrailin təhlükəsizliyini pozan və Fələstinin yaradılmasını nəzərdə tutmayan razılaşmalara razı olmayacaq.

"Moskva ərəb ölkələri ilə təmasda həmişə deyir ki, İsrailin təhlükəsizliyi üçün risk yaratmaq olmaz. Görünür, Qərb Fələstin dövləti yaratmaq istəmir", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov həll edilməmiş Fələstin probleminin Qəzzada ekstremist meylləri artırdığını da söyləyib.