İsrailin Cenin əməliyyatında 120-dən çox insan saxlanılıb
İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Cenin şəhərində keçirdiyi əməliyyat zamanı 120-dən çox adamı saxlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin HƏMAS qruplaşmasının bəyanatında deyilir.
“Sionist işğalçı ordunun Cenin şəhərində və onun qaçqın düşərgəsində dünən səhər saatlarından davam edən hərbi əməliyyatı nəticəsində 7 vətəndaş öldürülüb, 120-dən çox insan saxlanılıb”, - deyə radikallar öz rəsmi səhifəsində bildiriblər.
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və uşaqların, qadınların və qocaların da daxil olmaqla, girov götürülməsi ilə müşayiət olunub. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, anklavı, Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb. Hazırda İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
NƏRGİZ