İlon Mask Texasda universitet AÇACAQ
İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bildirilir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra “ən yüksək səviyyədə təhsilə həsr olunmuş universitet yaradılacaq”. O, “təcrübəli müəllimlər”dən ibarət olacaq və ənənəvi kurrikulumdan “etməklə öyrənmə, o cümlədən simulyasiyalar, nümunələr, layihə və laboratoriya işləri” ilə birləşdiriləcək.
Ostin həm də Musk tərəfindən qurulan Tesla-nın qərargahının yerləşdiyi yerdir.
Yusif EYVAZLI