FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxladı

 23:58 13.12.2023     326

ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

Redaktor.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.

“Komitə uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağa çalışır. Bu məqsədlə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib", - hesabatda deyilir.

Bununla da FED ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaq qərarına gəlib (report).