Aİ-də Ukraynaya dəstəklə bağlı şübhələr ARTIR

 09:54 14.12.2023     289

Avropa İttifaqı (Aİ) ölkələri Brüsselin son iki il ərzində əməl etməyə çalışdığı “Ukrayna və onun xalqına nə qədər vaxt lazımdırsa” dəstək şüarının həyat qabiliyyətinə getdikcə şübhə ilə yanaşır.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.

Qəzet yazır ki, münaqişə Avropa liderləri üçün prioritet olmaqdan çıxıb.

Məqalədə deyilir ki, 2024-cü ilin iyun ayına təyin edilmiş Avropa Parlamentinə seçkilər yaxınlaşdıqca, Avropa liderləri Ukraynaya üstünlük verməkdən ehtiyatlanır və diqqəti vətəndaşların gündəlik qayğılarına yönəltməyə çalışırlar.

Həmidə İBRAHİMLİ