Kraliça II Yelizaveta Meqan və Şahzadə Harrini ölkəni tərk etdikdən sonra da qoruyub
Britaniya kraliçası II Yelizaveta şahzadə Harri və Meqan Marklın ABŞ-a köçdükdən sonra təhlükəsizliyinin təmin edilməsinin tərəfdarı olub.
Redaktor.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.
Kraliçanın xahişi ilə 2020-ci ilin yanvarında yazılan məktub Şahzadə Harri ilə "Associated Newspapers" arasında məhkəmə prosesi zamanı ortaya çıxıb. Məktub Harri və Meqanın böyük kral ailəsi statusundan imtina etdikdən və İngiltərəni tərk etdikdən sonra da ekstremistlərdən qorunması istədiyini ehtiva edirdi.
Ona qədər kral ailəsinin digər üzvləri kimi Harri, Meqan və uşaqlarının təhlükəsizliyi polis tərəfindən təmin edilib. O zaman Harrinin 24 saatlıq təhlükəsizliyinin Britaniya vergi ödəyicilərinə ildə 1 milyon funt-sterlinqə başa gəldiyi bildirilirdi. Digər mənbələr ildə 20 milyon funt sterlinqə qədər (2,3 milyard rubl) məbləğə istinad edir. Harri ABŞ-da yaşayarkən bu xərcləri özü çəkməli olub.
2022-ci ildə Şahzadə Harri gizli şəkildə özü və ailəsi üçün dövlət mühafizəsinin yenilənməsini istədiyi iddia edilən bir məqalədən sonra "Daily Mail" nəşrini böhtanda ittiham edib. Bir ildən çox davam edən məhkəmə çəkişməsi onun məğlubiyyəti ilə yekunlaşıb. "Associated Press"in məlumatına görə, indi şahzadə məhkəmədə uduzduğuna görə 50 min funt sterlinq (5,6 milyon rubl) ödəməli olacaq.
Dekabrın əvvəlində islamçıların şahzadə Harriyə sui-qəsd planlaşdırdıqları barədə məlumat yayılmışdı. Alman hüquq-mühafizə orqanlarının mənbələri bunun Əfqanıstanda Britaniya ordusunda xidmət etməsi ilə əlaqədar olduğunu bildirib.
NƏRGİZ