Ermənistan yeni Aİİ-İran sazişini təsdiqlədi

 13:27 14.12.2023     243

İran xarici ticarətdə ilk dəfə olaraq Aİİ (Avrasiya İqtisadi İttifaqı) ölkələrindən bir sıra mallara, o cümlədən mineral su, quzu əti, sərinləşdirici içkilər, Ermənistan ixracı üçün vacib olan şokolad üçün sıfır rüsum tətbiq edəcək.

Redaktor.az "sputnik armenia"ya istinadən xəbər verir ki, Ermənistan hökuməti Aİİ və İran arasında azad ticarət sazişinin layihəsini təsdiqləyib.

Təsdiq edildikdən sonra saziş ratifikasiya üçün parlamentə gedəcək və bütün tərəflər (beş ittifaq ölkəsi və İran) onu ratifikasiya etdikdən sonra qüvvəyə minəcək.

2019-cu ilin oktyabr ayından qüvvədə olan əvvəlki razılaşma ilə müqayisədə tərəflər bir-birlərinin mallarına tətbiq edilən gömrük rüsumlarını daha da azaldacaqlar.

Bundan başqa, bir sıra qeyri-ərzaq məhsulları - siqaretlər, metal konsentratları, saf mis, gümüş məmulatları, eləcə də bir sıra təkrar ixrac olunan mallar (məsələn, elektron siqaretlər) üzrə rüsumlar aşağı salınacaq.

Məlumata görə, 2022-ci ilin sonunda İran Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşı olub.

NƏRGİZ