Serj Sarkisyanın sabiq mühafizəçisinin torpaq sahələri müsadirə olundu

 13:54 14.12.2023     235

Ermənistan hökuməti Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın təhlükəsizlik şöbəsinin keçmiş rəhbəri Vaçaqan Qazaryanın torpaq sahələrini əlindən alaraq dövlət mülkiyyətinə verib.

Redaktor.az bu barədə "sputnik armenia"ya istinadən xəbər verir.

Bu gün hökumətin iclasında Qazaryana məxsus İsakov prospektində ümumi sahəsi təqribən 3,7 hektar olan üç torpaq sahəsinin Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinə verilməsi qərara alınıb.

Baş prokuror Anna Vardapetyan qeyd edib ki, bu ilin əvvəlindən korrupsiya və qanunsuz varlanma ilə bağlı cinayət işlərində iştirak edən vətəndaşlar (o cümlədən Kazaryan) prokurorluq orqanları ilə 4 barışıq müqaviləsi bağlayıb, bu müqaviləyə əsasən, onlar 6 vahid daşınmaz əmlak, bir avtomobil qaytarıb və dövlətə pul ödəyiblər. 

NƏRGİZ