Ermənistan "Yuxarı Lars" keçid məntəqəsinə alternativ yol axtarır
Ermənistan yük maşınları qış mövsümü üçün "Yuxarı Lars" keçid məntəqəsindən (Gürcüstan-Rusiya sərhədi) normal sürətlə keçir.
Redaktor.az "sputnik armenia"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
Nazirin sözlərinə görə, hazırda departament ixracatçılara digər marşrutlar vasitəsilə malların çatdırılmasına kömək etmək üçün tədbirlər görür.
O vurğulayıb ki, şaxələndirmə artıq sıx və fəal əməkdaşlıq qurulmuş dövlətlərlə əlaqələr hesabına əldə edilməyəcək.
Nazir hesab edir ki, hazırda Hindistan, Yaponiya, Çin kimi istiqamətlər Ermənistan üçün cəlbedici sayılır. Bununla belə, bir çox başqa sahələrdə ixracın inkişafı üçün potensial var.
Xatırladaq ki, Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Qışda hava şəraitinin pis olması səbəbindən yol tez-tez bağlanır.
NƏRGİZ