Putin ilk dublyoru ilə danışdı
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Dövlət Universitetinin virtual tələbəsini özünün ilk dublyoru adlandırıb.
Redaktor.az bu barədə "lenta.ru”ya istinadla xəbər verirki, hadisə bu gün “Vladimir Putinlə ilin yekunları”nda adlı mətbuat konfransı zamanı yaşanıb.
Tələbə süni intellektdən istifadə edərək Putinin şəklini yaradıb və ondan prezidentin həqiqətən çoxlu dublyoru olub-olmadığını soruşub.
Putin isə cavab olaraq bildirib ki, dublyor ona bənzəyir və onun səsi ilə danışa bilər. Lakin yaxşı olar ki, bunu yalnız prezident özü etsin.
NƏRGİZ