Moskva Dəmir Yolu infrastrukturu iflic vəziyyətdə

 09:45 15.12.2023     310

Moskva Dəmir Yolunun infrastrukturunun qardan təmizlənməsi davam edir, işlərə 4 minə yaxın insan cəlb olunub.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Moskva Dəmir Yollarının teleqram kanalında məlumat verilib.

“Çətin hava şəraitinə baxmayaraq, Moskva Dəmir yolunda sabit qatarların hərəkəti təmin edilir. Dəmir yolu infrastrukturunun qardan təmizlənməsi gecə-gündüz aparılır. Hazırda 136 qartəmizləyən, o cümlədən təxminən 4 min adam işləyir”, - deyə məlumatda əks olunub.

Qeyd olunur ki, cümə axşamından cümə gününə keçən gecə 94 xüsusi texnika və 2 mindən çox insan cəlb olunub.

Məlumata görə, ehtiyac yaranarsa, texnikanın və dəmiryol işçilərinin sayı artırılacaq.

Həmidə İBRAHİMLİ