Meksika Tesla şirkətinə güzəştə getdi
Meksika hökuməti Amerikanın Tesla şirkətinə ölkədə zavod tikintisi üçün 153 milyon dollar dəyərində vergi güzəştləri edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu məbləğ Teslanın investisiyasının yalnız 3,37%-ni” təşkil edir.
Təsdiq edilmiş güzəştlər zəruri nəqliyyat infrastrukturunun yaradılmasına töhfə verəcək və şirin su çatışmazlığı problemlərinin həllinə kömək edəcək. Zavodun yaradılmasına ilkin olaraq 4,5 milyard dollar sərmayə qoyacaq. Bu Tesla-nın sərmayələri ştat tarixində rekord göstərici olacaq.
Humay İSGƏNDƏRLİ