Venesuela və Qayana sülh yolunu seçdi
Venesuela və Qayana ərazi mübahisəsini həll etmək üçün hərbi gücdən istifadə etməmək barədə razılığa gəliblər.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Essekibo bölgəsinin mülkiyyəti məsələsində iki ölkə 1966-cı il Cenevrə razılaşmasını rəhbər tutur.
Nümayəndə heyətləri tərəfindən imzalanan sazişdə deyilir: “Qayana və Venesuela birbaşa və ya dolayısı ilə heç bir halda bir-birini təhdid etməyəcək və güc tətbiq etməyəcək”.
Venesuela və Qayana prezidentləri Nikolas Maduro və İrfan Əli dekabrın 14-də ilk görüşlərini keçiriblər. Onların növbəti üç ay ərzində Braziliyada keçiriləcək müzakirələrin ikinci raundunda iştirak edəcəyi gözlənilir.
Hələlik mübahisəli ərazi məsələsi Venesuela və Qayana xarici işlər nazirləri və texniki mütəxəssislərdən ibarət komissiyanın yurisdiksiyasında olacaq.
NƏRGİZ