İsrail Qəzzadakı planları barədə ABŞ-ı xəbərdar etdi
İsrail rəhbərliyi Qəzza zolağında hərbi əməliyyatların aktiv fazasını 2-3 həftə ərzində bitirmək planları barədə ABŞ nümayəndələrini xəbərdar edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə CBS iki amerikalı məmura istinadən məlumat yayıb.
Onların məlumatına görə, İsrail rəsmiləri ABŞ-dakı həmkarlarına kütləvi hava zərbələri ilə dəstəklənən genişmiqyaslı quru əməliyyatını ehtiva edən hazırkı hücumun yaxın 2-3 həftə ərzində başa çatması barədə məlumat veriblər. Kanalın həmsöhbətlərinin sözlərinə görə, döyüşlərin intensivliyinin gözlənilən azalması onların tam dayandırılması demək deyil. Mənbələr bunun əvəzində İsrail qüvvələrinin "qalan HƏMAS liderlərini təqib etməyə" diqqət yetirərək zərbələri davam etdirmək niyyətində olduğunu vurğulayır.
Oktyabrın 7-də Qəzza zolağından İsrailə radikal HƏMAS hərəkatının nüfuz etməsindən, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsindən və 200-dən çox girov götürüldükdən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, Livan və Suriyanın zolağına və müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
NƏRGİZ