Moskvada cinayətlərin sayı azalıb
Moskva vilayətində bu ilin 11 ayında 65 mindən çox cinayət qeydə alınıb.
Redaktor.az xəbər verir ki, Moskva vilayəti prokurorluğunun mətbuat xidmətindən TASS-a verilən məlumata görə, bu, ötən illə müqayisədə 4,8% azdır.
Prokurorluğun məlumatına görə, kompüter informasiyası sahəsində 15 mindən çox, narkotik vasitələrin qanunsuz satışı sahəsində 7 mindən çox cinayət törədilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 8,9% və 6,6% artıb.
Eyni zamanda, mətbuat xidməti qeyd edib ki, quldurluq, soyğunçuluq və avtomobil oğurluğu faktlarının sayı xeyli azalıb.
Humay İSGƏNDƏRLİ