Paşinyan komandasını “təmizləmək” göstərişi verdi - Erməni KİV

 11:54 15.12.2023     172

Ermənistanın Baş naziri Nikol Paşinyan öz siyasi komandasının sıralarını təmizləmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən yazıb.

“Paşinyan “Mülki müqavilə” Partiyasının üzvü olmayan, partiyanın ideyalarını bölüşməyən bütün məmurlardan yaxa qurtarmağa çalışır.

Bu zaman istər təhsil, səhiyyə, idman sahəsinin mütəxəssisləri, istərsə də uşaq bağçası və ya məktəb direktoru olsun, fərqi yoxdur, hamısının işdən çıxarılması barədə göstəriş verilib.
Paşinyan hesab edir ki, “Mülki müqavilə”nin üzvü olmayanlar itaətkar tərəfdar deyillər, yəni onların idarəçilik sferasında yeri yoxdur”, - “Joğovurd”un mənbəsi qeyd edib.
Mənbə xatırladıb ki, İrəvan meriyası bu günlərdə 11 uşaq bağçasının müdirinin işdən qovulması barədə məlumat yayıb.

“Mənbəmizin bildirdiyinə görə, bunun əsas səbəbi direktorların hakim partiyanın üzvü olmamalarıdır”.