Yaponiya 57 Rusiya şirkətinə ixrac məhdudiyyəti qoydu
Yaponiya Rusiyanın 43 təşkilatının aktivlərini dondurmağı planlaşdırır.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, ölkə 57 Rusiya şirkətinə ixrac məhdudiyyəti, eləcə də qeyri-sənaye almazlarının idxalına qadağa tətbiq edib.
Ümumilikdə 494 Rusiya şirkəti və təşkilatı qara siyahıdadır.
Humay İSGƏNDƏRLİ