Çin Putinə TƏŞƏKKÜR ETDİ
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Rusiya prezidenti Vladimir Putinə tutduğu mövqeyə görə təşəkkür edib və ikitərəfli münasibətləri müsbət qiymətləndirib.
Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.
“Çin prezident Putinin ÇXR və Rusiya Federasiyası arasında ikitərəfli münasibətləri müsbət qiymətləndirməsinə diqqət yetirib və buna böyük əhəmiyyət verir”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
O, həmçinin qeyd edib ki, Putin və Çin sədri Si Cinpinin rəhbərliyi altında Rusiya-Çin münasibətləri davamlı şəkildə inkişaf etməkdə davam edir.
Dekabrın 14-də “Vladimir Putinlə ilin yekunları”nda Rusiya prezidenti bildirib ki, Çin sədri Si Cinpinin ölkəyə səfəri ikitərəfli münasibətlərin inkişafı üçün təkan olub. O, həmçinin qeyd edib ki, Rusiya və Çin arasında qarşılıqlı fəaliyyət səviyyəsi indiyədək görünməmiş yüksək olaraq qalır.
NƏRGİZ