Qatarların toqquşması nəticəsində 500-dən çox insan xəsarət aldı

 12:42 15.12.2023     405

Çin paytaxtının nəqliyyat idarəsi bildirib ki, cümə axşamı Pekində metro qatarlarının toqquşması nəticəsində 500-dən çox sərnişin xəsarət alıb, lakin ölən olmayıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, ümumilikdə 515 nəfər müayinə olunmaq üçün tibb müəssisələrinə göndərilib, 102 nəfərdə sınıq aşkarlanıb.

İlkin araşdırmalar göstərib ki, qarın yağması nəticəsində relslərin buz bağlaması səbəb olub. Onun arxasınca gələn qatar vaxtında əyləci basa bilməyib və bu da toqquşmaya səbəb olub.

Humay İSGƏNDƏRLİ