Qəzzadakı girovların taleyi müzakirə edildi
İsrail prezidenti İsaak Hersoq ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla regiondakı vəziyyəti və Qəzza zolağında saxlanılan girovların taleyini müzakirə edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin başçısının ofisi məlumat yayıb.
Onun məlumatına görə, İsraildə səfərdə olan Sallivan arasında görüş bu gün Təl-Əvivdə baş tutub. Görüş zamanı girovların azad edilməsi üçün davam edən səyləri və Qəzzada HƏMAS-la münaqişəni müzakirə ediblər. Prezident İsrailin həm şimalında, həm də cənubunda yaşayan sakinlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasının təmin edilməsinin vacibliyini vurğulayıb.
NƏRGİZ