Ukraynalı müğənni Alla Puqaçovanın müdafiəsinə qalxdı
Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı tərk edən və Rusiya hakimiyyətini tənqid edən ukraynalı müğənni Svetlana Loboda rus estrada müğənnisi Alla Puqaçovanın müdafiəsinə qalxıb.
Redaktor.az bu barədə BBC-nin rus xidmətinə istinad edərək xəbər verir.
Sənətçi Puqaçovalar ailəsinə hörmətlə yanaşdığını vurğulayıb. “Onlar çox tərbiyəli, ağıllı və böyük insanlardır. Onun əri, komediya ustası Maksim Qalkin "böyük bir hərəkət" edib”.
Müğənninin sözlərinə görə, Puqaçovanın Rusiyanı tərk etməsi çox şeydən xəbər verir. "Maksimin dediyi hər şey Alla Borisovnanın düşündüyü hər şeydir. Həmişə bir-birlərinin adından danışırlar”, - deyə ifaçı fikrini yekunlaşdırıb.
NƏRGİZ