Qumbaraları partladan deputatın əməli terror kimi qiymətləndirildi

 17:21 15.12.2023     254

Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri Zakarpat vilayətinin Keretskovski kənd sovetinin ərazisində hərbi qumbaraların partlaması ilə bağlı araşdırmaya başlayıblar. Hadisə terror aktı kimi qiymətləndirilib.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukraynaya öz mənbələri məlumat verib.

Hazırda hadisə yerində Ukrayna Təhlükəsizlik Xidməti, Milli Polis və Prokurorluqdan ibarət istintaq-əməliyyat qrupu işləyir.

Cinayətin bütün hallarının aydınlaşdırılması istiqamətində də təxirəsalınmaz tədbirlər görülür. Xüsusilə hadisənin şahidləri, həmçinin partlayışın motivləri müəyyənləşdirilir.

Xatırladaq ki, bu gün Zakarpatiyada, Keretskovski kənd sovetinin binasında deputat sessiya iclası zamanı qumbaraları partladıb.

İndiyədək 26 yaralı məlumdur, onlardan altısının vəziyyəti ağırdır. Həkimlər qumbaraları partladan adamı da reanimasiya edir.

Turan İSMAYIL