"Aİ-nin Brüsseldəki sammitində də heç bir nəticə olmayacaq"
Aİ-nin Brüsseldə baş tutan sammitində İsrail və Fələstin münaqişəsi ilə bağlı bir nəticə əldə olunmayacaq.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi diplomatik və Avropa mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, daha əvvəl Benilüks ölkələri (Belçika, Hollandiya, Lüksemburq) yekun bəyanata daxil edilməsi üçün mətnin Aİ-nin daimi nümayəndələri tərəfindən öyrənilmiş variantını təklif ediblər. ANSA-nın məlumatına görə, səfirlər mətnlə bağlı razılığa gələ bilməyiblər.
Bu o deməkdir ki, Avropa İttifaqı Yaxın Şərqdə münaqişənin başlanmasından iki aydan çox vaxt keçsə də, atəşkəsə çağıran ümumi mövqedə razılığa gələ bilməyib. İndiyədək Aİ-nin bütün bəyanatları humanitar fasilələrə çağırış kimi formalaşıb.
NƏRGİZ