İranda 11 polis əməkdaşını öldürənlərdən biri saxlanıldı, digərləri güllələndi

 19:00 15.12.2023     277

İranın təhlükəsizlik qüvvələri Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə hücumda iştirak edənlərdən birini saxlayıb, daha bir neçə yaraqlı isə öldürülüb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İran polisinin sözçüsü Səid Montazer Mehdi mətbuat konfransında bildirib.

"Bir neçə terrorçu yaralanıb, bir neçəsi öldürülüb, hücum edənlərdən biri saxlanılıb", - IRNA xəbər agentliyi onun sözlərindən sitat gətirib. Şəhərdə vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır, baş verənlərlə bağlı istintaq və qaçan terrorçuların axtarışı davam edir. Bundan əvvəl İranın daxili işlər nazirinin müavini bildirib ki, terrorçular yaralı və ölmüş şəriklərin cəsədlərini özləri ilə aparıblar.

Qeyd edək ki, İranda polis bölməsinə hücum dekabrın 15-nə keçən gecə ölkənin cənub-şərqindəki Rask şəhərində baş verib. Yenilənmiş məlumata görə, nəticədə 11 polis əməkdaşı həlak olub. "Mehr" agentliyinin verdiyi məlumata görə, hadisəyə görə məsuliyyəti Ceyş əl-Zolm terror qruplaşması öz üzərinə götürüb. Əvvəllər o, artıq İran-Pakistan sərhədində terror aktları, eləcə də İslam Respublikasının sərhəd xidmətinin hərbçilərinə hücumlar həyata keçirib.

T.İSMAYIL