Rusiyada 679 min insan işıqsız QALDI
Pisləşən hava şəraiti ilə əlaqədar Rusiya Federasiyasının regionlarında enerji təchizatından kəsilən istehlakçıların sayı 679 min nəfəri ötüb.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
"Rusiyanın bir sıra regionlarında hava şəraitinin ciddi şəkildə pisləşməsi istehlakçıların enerji təchizatından yeni kəsilməsinə səbəb olub", - Energetika Nazirliyi bildirir.
Saat 18:00-a olan məlumata görə, istehlakçılar elektriksiz qalıblar: Rostov vilayəti - 185,5 min nəfər, DPR - 235,4 min, LPR - 255,7 min, Pskov vilayəti - 1,2 min, Smolensk vilayəti - 1 8 min nəfər, hesabatda qeyd olunur.
Yusif EYVAZLI