Sankt-Peterburqda anti-COVİD məhdudiyyətləri uzadıldı

 21:14 15.12.2023     318

Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 31-də başa çatan anti-COVİD məhdudiyyətləri üç ay uzadılıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, müvafiq qərara əsasən əvvəllər qaldırılmamış bütün məhdudiyyətlərin qüvvəsi 2024-cü il martın 31-dək uzadılıb. 

Humay İSGƏNDƏRLİ