Tbilisidə Gürcüstanın əsas Yeni il ağacının işıqları YANDIRILDI
Gürcüstanın əsas Yeni il ağacı Tbilisinin mərkəzində parlament binasının qarşısında alovlandırılıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, mərasim yerli telekanallar tərəfindən yayımlanıb.
Bu il ölkənin əsas Milad ağacı düzülüşü Avropa İttifaqının bayrağını xatırladan 12 ulduzla bəzədilib. Bu, bir gün əvvəl elan olunmuş Aİ-nin Gürcüstana namizəd üzvlük statusu vermək qərarını simvollaşdırır. Ağacın hər iki tərəfindəki ekranlarda builki paytaxtın Yeni il şüarı yazılıb: “Tbilisi Avropa şəhəridir”.
İşıqlandırma yandırıldıqdan sonra paytaxtın mərkəzində musiqi konserti başlayıb.
Yusif EYVAZLI