İsrail ordusu Qəzzada döyüşlər zamanı səhvən üç girovu öldürdü

 23:42 15.12.2023     277

İsrail Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Qəzza zolağında döyüşlər zamanı yanlışlıqla üç israilli girovu öldürüb.

Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

“Əş-Şucayidə döyüşlər zamanı SAXAL səhvən üç israilli girovu təhdid kimi müəyyən edib. Nəticədə hərbçilər onlara atəş açıb və onlar öldürülüb”, – bəyanatda açıqlanıb.

“SAXAL insidentdən dərhal sonra təhqiqata başlayıb”, – mətbuat xidməti əlavə edib (report).