Küveytə yeni əmir elan edildi
Küveytin vəliəhdi Şeyx Maşaal əl-Əhməd əs-Sabah yeni əmir elan edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Küveytin dövlət televiziyası məlumat yayıb.
Onun 83 yaşı var.
Qeyd edək ki, bu gün Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib. Küveytin keçmiş vəliəhd şahzadəsi Şeyx Nəvaf 3 il öncə 91 yaşında vəfat edən ögey qardaşı Şeyx Səbah Əl-Əhməd Əs-Sabahın yerinə keçmişdi.