Milad bazarında terror aktı planlaşdıran şəxs Almaniyadan İraqa deportasiya edildi
Milad bazarında terror aktı planlaşdıran şəxs Almaniyadan İraqa deportasiya edilib.
Redaktor.az BİLD-ə istinadən xəbər verir ki, hücumun hədəfi Hannover yarmarkası olub. Təhlükəsizlik orqanlarının məlumatına görə, terror aktını planlaşdıran 20 yaşlı qaçqın Milad bazarına gələnlərə bıçaqla hücum etməyi planlaşdırırmış.
Həmin şəxs noyabrın 21-də həbs edilib. Onun Almaniyadan sığınacaq üçün müraciəti rədd edilib və deportasiya dekabrın 1-nə planlaşdırılsa da, dekabrın 15-nə kimi baş tutmayıb.