Macarıstan Bolqarıstana xəbərdarlıq etdi
Macarıstan Bolqarıstana xəbərdarlıq edib ki, Rusiya təbii qazının öz ərazisindən tranziti üçün tarifin artırılması qərarını ləğv etməsə, Şengen zonasına daxil olmasına veto qoyacaq.
Redaktor.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Pannon RTV” telekanalına müsahibəsində deyib.
“Əgər bu, uzun müddət davam edər və Macarıstanın enerji təchizatının təhlükəsizliyinə təhdid edərsə, biz onların Şengen zonasına üzvlüyünə veto qoyacağıq”, - o qeyd edib.
Nazirin sözlərinə görə, Bolqarıstanın Şengenə qoşulması ilə bağlı qərarın yaxın gələcəkdə verilə biləcəyini və Sofiyanın daha əvvəl ölkə parlamenti tərəfindən qəbul edilmiş təbii qaz tariflərinin artırılması ilə bağlı qanunu ləğv etmək barədə düşündüyünü qeyd edib (report).