Polşada Senatı partlatmaqla hədələyən məmura qarşı ittiham irəli sürüldü

 23:17 16.12.2023     352

Polşa Senatına namizəd Jacek C. sosial şəbəkələrdə ölkə Seyminin binasını partlatmaqla hədələyən yazı dərc etdioyi üçün ona ittiham irəli sürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna RMF FM-ə istinadən məlumat yayıb.

Varşava Regional Prokurorluğunun sözçüsü, prokuror Şimon Banna bildirib ki, intensiv istintaq hərəkətləri nəticəsində Jacek C. həbs edilib.

“Cəmi on saat ərzində həyata keçirilən çoxsaylı sübut tədbirləri, o cümlədən Jacek Ç.-dən götürülən mobil telefonun yoxlanılması onun bu yazıların müəllifi olduğunu sübut edir”, - deyə prokuror bildirib.

Məmuru altı aydan səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir (apa).