Estoniya Baş naziri koronavirusa yoluxdu

 14:28 17.12.2023     410

Estoniya Baş naziri Kaya Kallas koronavirusa (COVID-19) yoluxub.

Redaktor.az xəbər verir ki, Kaya Kallas bu barədə "Facebook" hesabında bildirib.

Bugün səhər COVID testinin nəticəsinin müsbət çıxdığını qeyd edən Kaya Kallas bir sıra görüşləri təxirə saldığını nəzərə çatdırıb:

"Təəssüf ki, Polşanın yeni baş naziri Donald Tuskun Estoniyada baş tutmalı olan ilk xarici səfərini təxirə salmalı olduq. Eni zamanda sabah Tallində Baltikyanı ölkələrin baş nazirlərinin görüşü təxirə salındı".

Vumart və Güvən reklamı Vumart Güvən