Danimarka hava yolu ilə sərnişin daşımalarına vergi tətbiq edəcək

 17:17 17.12.2023     242

Danimarka hökuməti hava yolu ilə sərnişin daşımalarına vergi tətbiq etmək qərarına gəlib ki, bu da hava yolları sənayesinin ekoloji cəhətdən təmiz yanacağa keçidini maliyyələşdirməyə kömək edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, vergi 2025-ci ildən mərhələli şəkildə tətbiq olunacaq. Əvvəlcə hər bir sərnişin üçün orta hesabla 100 Danimarka kronu (14,35 ABŞ dolları) verginin tətbiqindən danışılırdı.

Əldə edilən razılaşmaya əsasən, 2030-cu ilə qədər bir sərnişinə düşən vergi dərəcəsi Avropadaxili reyslərdə təqribən 50 kron (7,35 dollar), orta məsafəli uçuşlarda 310 kron (45,57 dollar), uzun məsafəli uçuşlarda isə 410 kron (60,27 dollar) təşkil edəcək.

Lakin Danimarka hava limanlarında dayanan tranzit uçuşlar bu vergini ödəməkdən azad ediləcək.