Buenos-Ayresdə külək şəhərin görkəmli yerinə zərər vurdu
Argentina paytaxtı Buenos-Ayresdə qasırğa şəhərin əsas görməli yerlərindən birini – mexaniki çiçək “Floralis Xenerica”nı qırıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
Təbiət hadisəsinin gücündən çiçəyin altı ləçəyindən biri yerə düşüb.
Obyekt şəhərə onun yaradıcısı argentinalı memar Eduardo Katalano tərəfindən bağışlanıb və 2002-ci ildə quraşdırılıb. Müəllifin sözlərinə görə, hidravlik sistem vasitəsilə hündürlüyü 20 m, çəkisi 18 ton olan gül hər gün ləçəklərini açıb-bağlamalı idi, lakin nasazlıqlar səbəbindən son illər mexanizm hərəkətsiz şəkildə qapalı və ya açıq qalıb.