Türkiyə Macarıstanla 16 saziş imzalayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri zamanı iki ölkə arasında 16 sazişin imzalanması gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbələrə istinadən “Akşam” qəzeti yayıb.
Bildirilir ki, sazişlər iqtisadi, ticarət, müdafiə sənayesi, energetika və mədəniyyət sahələrini əhatə edəcək.
Qəzet yazır ki, səfər çərçivəsində Türkiyə və Macarıstan arasında ikitərəfli əlaqələrin səviyyəsinin artırılması planlaşdırılır.
Qeyd edək ki, Ərdoğan bu gün Macarıstana səfər edəcək. Türkiyə liderini bu səfərdə 8 nazir müşayiət edəcək.